Naxçıvanın mahnı və rəqs ansamblı «Ağrıdağ Əfsanəsi» Mədəniyyət günlərində iştirak edib

Naxçıvanın mahnı və rəqs ansamblı «Ağrıdağ Əfsanəsi» Mədəniyyət günlərində iştirak edib
# 28 oktyabr 2008 09:04 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Türkiyədə keçirilən «Ağrıdağ Əfsanəsi» Mədəniyyət günlərində iştirak edib. Filarmoniyanın direktoru Elman Əliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Ağrı şəhərində və Doğu Bəyazid qəsəbəsində təşkil olunan mədəniyyət günlərində Naxçıvan Dövlət Filarmoniyasının 15 nəfərdən ibarət musiqi kollektivi Azərbaycan mahnılarını və milli rəqsləri ifa ediblər. Tədbirdə həmçinin «Türksoy»un təşkilatçılığı ilə türkdilli ölkələrin rəssamlarının rəsm əsərlərinin müsabiqəsi keçirilib.
E. Əliyev onu da bildirib ki, Ağrıdağ Valiliyinin təşəbbüsü ilə 1999-cu ildən etibarən hər il keçirilən «Ağrıdağ Əfsanəsi» Mədəniyyət və Sənət Günləri gələn ildən beynəlxalq festival kimi təşkil olunacaq. Həmin festivalda iştirak üçün təkcə yaxın regionlara deyil, bütün türkdilli ölkələrə dəvətlər göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR