Nazir: “Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq qərarlar veriləcək”

Nazir: “Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq qərarlar veriləcək”
# 29 oktyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Ramil Məmədli-APA. “Müslüm Maqomayevin cənazəsinin Azərbaycana gətirilməsi və burada dəfn olunması ilə bağlı prezident İlham Əliyev tərəfindən olduqca düzgün qərar verilib”. APA-nın xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, Müslüm Maqomayev ömrü boyu Azərbaycanın adını yüksəklərə qaldırıb: “O, Azərbaycanı sözün əsl mənasında tanıdan adamlardan biridir. Belə bir şəxsiyyətin Bakıda dəfn olunması Azərbaycan prezidentinin xalqımıza xidmətidir”.
Ə. Qarayev deyib ki, Azərbaycanda M. Maqomayevin xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq qərarlar veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR