“The Washinqton Post” qəzetində Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq dərc edilib

“The Washinqton Post” qəzetində Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq dərc edilib
# 31 oktyabr 2008 14:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “The Washinqton Post” qəzetində Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq yazısı dərc edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, “Muslim Magomayev: Soviet Opera, Pop Star” başlıqlı yazıda müəllif mərhumun həyat və yaradıcılığı, sənətdə qazandığı uğurların bəzi məqamları işıqlandırıb. Məqalədə bildirilir ki, “karyerasının ən yüksək nöqtəsində məşhur Paris Olimpiya Musiqi Evinin sahibindən Müslüm Maqomayevə təklif gəlsə də, Sovet İttifaqının Mədəniyyət Nazirliyi buna icazə verməyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR