Amerikalı dirijor Bakıya gələcək

Amerikalı dirijor Bakıya gələcək
# 03 noyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında amerikalı dirijor Rikardo Averbaxın rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçiriləcək. Filarmoniyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, R. Averbax peşəkar karyerasına 1988-ci ilə Braziliyanın ən böyük peşəkar orkestri olan San-Paolo Simfonik Orkestrində dirijor köməkçisi, daha sonra isə musiqi direktoru kimi başlayıb. Hazırda o, ABŞ-ın Mayami Universitetinin Simfonik Orkestrinin, Oksford Kamera Orkestri və Externax Festival Orkestrinin musiqi direktoru olmaqla yanaşı, müxtəlif ölkələrdə qonaq dirijor kimi fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR