“Əhməd haradadır” filmində Ceyran obrazını yaradan gürcü aktrisası Bakıdadır

“Əhməd haradadır” filmində Ceyran obrazını yaradan gürcü aktrisası Bakıdadır
# 03 noyabr 2008 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycana sonuncu səfərim üç il əvvəl olub. Bu gün isə yenidən Bakıdayam və burada olduğuma görə çox xoşbəxtəm. Üç il ərzində Bakı inanılmaz dərəcədə dəyişib, çox inkişaf edib”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Əhməd haradadır” filmində Ceyran obrazını yaradan gürcü aktrisası Nona Paçuaşvili deyib. Azərbaycana hər səfərində “Əhməd haradadır” filminin çəkildiyi dövrü yada saldığını bildirən aktrisa həmin dövrün onun yaradıcılığında yaddaqalan iz buraxdığını vurğulayıb: “Filmdə tərəf-müqabil olduğum hər bir aktyor peşəkarlığı ilə yanaşı, insanlığı ilə də yaddaşıma həkk olunub. Azərbaycanda keçirdiyim həmin dövrü heç vaxt unuda bilmərəm. Həmin filmdə rol alan aktyor heyəti ilə bu gün də dostam. “Əhməd haradadır” filminin çəkilişi zamanı hamı mənim azərbaycanlı qızı olduğumu deyirdi. Azərbaycanlı qızına bənzədilməyim çox xoşuma gəlirdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR