Muzey Mərkəzində “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərginin açılışı keçirilib

Muzey Mərkəzində “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərginin açılışı keçirilib
# 03 noyabr 2008 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində “Azərbaycan-Norveç: təəssüratlar dialoqu” adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki ölkənin muzeyləri arasında həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirib. Nazir bildirib ki, sərgi Bakı Muzey Mərkəzi və Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyi arasında bağlanmış əməkdaşlıq sazişi çərçivəsində təşkil olunub. O, layihə çərçivəsində keçirilən seminar-treninqlərin üçüncü mərhələsinin artıq yekunlaşmaq üzrə olduğunu söyləyib.

Tədbirdə çıxış edən Norvecin Azərbaycandakı səfiri Yon Romberq hər iki ölkənin muzey sektorunda çalışan mütəxəssislərin layihə çərçivəsində bir çox biliklərə yiyələndiklərinə və bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

Sərginin açılışında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR