Səxavət Məmmədovun xatirə gecəsi keçirilib

Səxavət Məmmədovun xatirə gecəsi keçirilib
# 03 noyabr 2008 17:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında görkəmli xanəndə Səxavət Məmmədovun 55 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən professor Rafael Hüseynov mərhum sənətkarın həyat və yaradıcılığından danışıb.

R. Hüseynov bildirib ki, S. Məmmədov 38 illik qısa ömründə hər kəsin yaddaşına həkk olunub, hər bir insanın sevimlisinə çevrilib.

Tədbirdə S. Məmmədovun konsertlərindən fraqmentlər nümayiş etdirilib, onun müxtəlif illərdə ifa etdiyi muğam, təsnif və xalq mahnılardan ibarət disk tədbir iştirakçılarına paylanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR