Qazaxıstanda Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulacaq

Qazaxıstanda Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulacaq
# 04 noyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Noyabrın 9-da Qazaxıstanın Almatı Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası olacaq. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, baletə dünya şöhrətli rusiyalı xoreoqraf Yuri Qriqoroviç quruluş verib. Xatırladaq ki, maestro Y. Qriqoroviç bu baletə ilk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinsk teatrında, 4 il sonra isə Moskva Böyük Teatrının səhnəsində quruluş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR