Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan tarixi adlardan və işarələrdən əmtəə nişanı kimi istifadə edilə bilməz

Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan tarixi adlardan və işarələrdən əmtəə nişanı kimi istifadə edilə bilməz
# 05 noyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycan xalqının tarixi adları, tarixi-mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadəsinə icazə verilməsi Qaydaları” Ədliyyə Nazirliyində təsdiq edilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu qaydalara əsasən dövlət mülkiyyətində olan tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələrdən istifadə rejimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyənləşdirilir və nazirliyin icazəsi olmadan bu adlar və işarələrdən əmtəə nişanı kimi istifadə edilə bilməz. Əmtəə nişanından istifadə etmək istəyən fiziki və ya hüquqi şəxslər müvafiq (qaydalarda göstərilən) sənədləri təqdim etdikdən sonra əmtəə nişanından istifadə üçün icazə ala bilərlər. İcazə alan fiziki və ya hüquqi şəxslərə ekspert rəyi əsasında müvafiq “İcazə vərəqəsi” verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR