Rejissor Vaqif Mustafayev gənc rejissorlara master-klasslar keçmək üçün Moskvaya gedib

Rejissor Vaqif Mustafayev gənc rejissorlara master-klasslar keçmək üçün Moskvaya gedib
# 05 noyabr 2008 12:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, rejissor Vaqif Mustafayev gənc rejissorlara master-klasslar keçmək üçün Rusiyanın paytaxtı Moskvaya gedib. APA-nın məlumatına görə, master-klasslar noyabrın 8-də Rusiya Kinematoqrafçıalr İttifaqında təşkil olunacaq. Həmin gün V. Mustafayev gənc rejissorlara master-klasslar keçməklə yanaşı, Azərbaycan kinosu haqqında ətraflı məlumatlar da verəcək. Master-klasslar bitdikdən sonra V. Mustafayevin rejissoru olduğu filmlərin nümayişi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR