Kinooperator Şərif Şərifovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Kinooperator Şərif Şərifovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 07 noyabr 2008 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APa-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Ş. Şərifovun həyat və yaradıcılığından danışıb. Onun sözlərinə görə, Ş. Şərifov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında operator köməkçisi kimi fəaliyyətə başlayıb, sonra operator assistenti işləyib. O, “Koroğlu”, “Leyli və Məcnun”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Yenilməz batalyon” filmlərində quruluşçu operatorlar V. Meybom, A. Nərimanbəyov, X. Babayev, Y. Fogelman və R. İsmayılovun assistenti olub. C. Quliyev mərhum kinooperatorun rejissor-operator olduğu “Ana Kür” sənədli filmi akademik Həsən Əliyev mükafatına layiq görülüb. Yubiley tədbirində Ş. Şərifovun operatoru olduğu filmlərdən fraqmentlər nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR