Bakıda Türkiyə Filmləri Günlərinin açılış mərasimi keçirilib

Bakıda Türkiyə Filmləri Günlərinin açılış mərasimi keçirilib
# 11 noyabr 2008 16:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Azərbaycanda “Türkiyədən film var” adlı Türkiyə Filmləri Günlərinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, film günləri noyabrın 11-dən 14-dək davam edəcək. Bu müddət ərzində Türkiyədə 2000-ci illərdə çəkilən filmlər nümayiş olunacaq. Kino günləri çərçivəsində məşhur qırğız yazıçısı Çingiz Aytmatovun hekayəsi əsasında çəkilən “Səlvi boylum, al yazmalım”, “Uzaq”, “Yumurta”, “Qoçu”, “Xoşbəxtlik”, “Atam və oğlum”, “Bəyaz mələk”, “Qarpız qabığından gəmilər düzəltmək” və digər beynəlxalq festivallarda qalib gələn filmlər nümayiş ediləcək. Kino günləri zamanı Türkiyənin tanınmış kino rejissorları Nuri Bilge Ceylanın, Zeki Demirkurbuzun, Derviş Zaimin, Semih Kaplanoğlunun, Yeşim Ustaoğlunun və başqalarının filmləri Azərbaycan tamaşaçılarına təqdim olunacaq. Qeyd edək ki, kino günləri Türkiyənin Kino Əsəri Sahibləri Məslək Birliyi ilə bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR