Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi qeyd olunacaq

Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi qeyd olunacaq
# 12 noyabr 2008 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi keçiriləcək. Bu barədə APA-ya ittifaqın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, 2009-cu ilin ilk aylarında keçiriləcək yubiley tədbirinə hazırlıq məqsədi ilə noyabrın 13-də katibliyin iclası keçiriləcək. Katibliyin iclasında qurumun 75 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün həyata keçiriləcək silsilə tədbirlərin siyahısı müzakirə olunacaq. Həmin ərəfədə eyni zamanda ittifaqın təsisçiliyi ilə işıq üzü görən “Musiqi dünyası” jurnalının 10 illiyinin keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR