Rasim Ocaqovun xatirə gecəsi keçiriləcək

Rasim Ocaqovun xatirə gecəsi keçiriləcək
# 13 noyabr 2008 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 22-də Azərbaycanın xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqovun anadan olmasının 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən məlumat verilib. ÜNS Yaradıcılıq Səhnəsində keçiriləcək tədbirin rejissoru Cənnət Səlimovadır. Tədbirdə R. Ocaqovun həyat və yaradıcılığından danışılacaq və onun rejisoru olduğu filmlərdən fraqmentlər nümayiş etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR