Bədii özfəaliyyətin inkişafı məqsədilə müsabiqə keçiriləcək

Bədii özfəaliyyətin inkişafı məqsədilə müsabiqə keçiriləcək
# 13 noyabr 2008 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bədii özfəaliyyətin inkişaf etdirilməsi, mədəni maarif müəssisələrinin işinin daha da yaxşılaşdırılması, eləcə də ən fəal mədəni maarif işçisinin müəyyən edilməsi məqsədilə şəbəkəyə daxil olan mədəniyyət müəssisələri və onların əməkdaşları arasında müsabiqə təşkil edəcək. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışmada beynəlxalq, respublika və şəhər miqyaslı müsabiqə və festivallarda yüksək nəticələr əldə etmiş musiqi və incəsənət məktəbi şagirdləri, eləcə də professional fəaliyyət göstərən incəsənət və musiqi məktəbi müəllimləri də iştirak edə biləcəklər. Bacarıqlı aktyor heyətinin müəyyən etmək və qiymətləndirmək, gənc nəslin tərbiyəsində kitabxananın rolunu artırmaq və əhaliyə göstərilən mədəni xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə keçirilən müsabiqədə iştirak üçün sənədlərin qəbulu dekabrın 10-a kimi davam edəcək. Müsabiqənin qalibləri 20-dən artıq nominasiya üzrə müəyyənləşəcək. Ən fəal kitabxana, ən fəal mədəniyyət evi, ən fəal kitabxanaçı və s. nominasiyalarda qalib gələnlərə isə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən fəxri fərman, diplom və hədiyyələr təqdim olunacaq. Məlumatda bildirilib ki, bu tədbir ənənəvi olaraq hər ilin sonlarında gerçəkləşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR