Azərbaycanla Bolqarıstan arasında mədəni əməkdaşlıq haqqında saziş imzalanacaq

Azərbaycanla Bolqarıstan arasında mədəni əməkdaşlıq haqqında saziş imzalanacaq
# 14 noyabr 2008 10:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 2009-cu ildə Azərbaycanda Bolqarıstan, Bolqarıstanda isə Azərbaycan mədəniyyət günləri keçiriləcək. APA-nın məlumatına görə, bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hazırda danışıqlar aparıldığını deyib: “Dekabrın əvvəllərində Bakıda Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçiriləcək. Həmin mərasimdə Bolqarıstanın mədəniyyət naziri də iştirak edəcək. Elə həmin səfər çərçivəsində iki ölkə arasında mədəni əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR