Əbülfəs Qarayev bolqarıstanlı rəssam Emil Stoyçevlə görüşüb

Əbülfəs Qarayev bolqarıstanlı rəssam Emil Stoyçevlə görüşüb
# 14 noyabr 2008 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan bolqarıstanlı rəssamı Emil Stoyçevlə görüşüb. APA-nın məlumatına görə, görüşdə çıxış edən Ə. Qarayev iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir bildirib ki, E. Stoyçev Azərbaycanda sərgisi açılan ilk bolqar rəssamıdır: “Ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişafına çox böyük ehtiyac var. Düşünürəm ki, Bakıda sizin sərginizin açılması bu istəyimizin həyata keçirilməsində xüsusi rol oynacayaq”. Ə. Qarayev deyib ki, mütəmadi olaraq Bolqarıstanda Azərbaycan, Azərbaycanda isə Bolqarıstan rəssamlarının sərgiləri təşkil edilməlidir.

E. Stoyçev isə 16 ildir Fransada yaşadığını və bir neçə əsərinin Fransa muzeylərində saxlanıldığını qeyd edib. O, Bakıda sərgisinin açılmasından şərəf duyduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR