Əbülfəs Qarayev: “Bu gün Azərbaycanda rəsm əsəri satışı sahəsində problemlər mövcuddur”

Əbülfəs Qarayev: “Bu gün Azərbaycanda rəsm əsəri satışı sahəsində problemlər mövcuddur”
# 14 noyabr 2008 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda rəsm əsəri satışı sahəsində problemlər mövcuddur. Bu sahədə çox çatışmazlıqlar var və biz həmin problemlərin tezliklə aradan qaldırılması yönündə çalışırıq”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan bolqar rəssamı Emil Stoyçevlə görüş zamanı bildirib. Nazir onu da deyib ki, yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq Müasir İncəsənət Beynəlxalq Festivalı keçiriləcək. Bu festivalda dünyanın bir sıra ölkələrinin rəssamları iştirak edəcək və onların silsilə sərgiləri təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR