Mirzə Fətəli Axundov adına Milli Kitabxananın 85 illik yubileyinə həsr olunmuş sərgi keçirilib

Mirzə Fətəli Axundov adına Milli Kitabxananın 85 illik yubileyinə həsr olunmuş sərgi keçirilib
# 17 noyabr 2008 10:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxananın 85 illik yubileyi münasibəti ilə sərgi keçirilib. APA-nın məlumatına görə, “Milli Kitabxanamızda”, “Tariximizdən səhifələr”, “Azərbaycan xarici mətbuatda”, “Musiqi tariximizin qızıl fondundan”, “85 il xalqın xidmətində” “Kitabxanamızın inciləri”, “Azərbaycanın kitab alidələri” və “Əməkdaşlarımızın yubiley töhfələri” adlı səkkiz bölümdən ibarət olan sərgidə 18 ölkədən 29 qonaq iştirak edib. Sərgidə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, bu təntənəli yubiley münasibəti ilə iki beynəlxalq konfrans keçirilir. Nazirin sözlərinə görə, sabah Avrasiya Kitabxanalar Assambleyasının 10-cu illik iclası və türkdilli ölkələrin milli kitabxana direktorlarının ikinci konfransı keçiriləcək. Ölkə prezidentinin kitabxanaların inkişafı ilə bağlı 5 illik dövlət proqramını imzalandığını xatırladan Əbülfəz Qarayev bildirib ki, yaxın vaxtlarda Milli Kitabxananın əsaslı təmirinə başlanılacaq. Milli Kitabxananın direktoru Kərim Tahirov isə çıxışında bildirib ki, hazırda Milli Kitabxananın 90 min oxucusu var. Milli Kitabxanada 5 milyondan artıq kitab saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR