Bakıda türkdilli ölkələrin milli kitabxanaları direktorlarının II konfransı keçirilir

Bakıda türkdilli ölkələrin milli kitabxanaları direktorlarının  II konfransı keçirilir
# 18 noyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Türkdilli ölkələrin milli kitabxanaları direktorlarının II konfransı keçirilir. APA-nın məlumatına görə, konfransda türkdilli dövlətlərin ortaq elektron kitabxanasının və elektron kataloqların yaradılması müzakirə olunur. M. F. Axundov adına Milli kitabxananın direktoru Kərim Tahirov bildirib ki, türkdilli ölkələr üçün əsas problemlərdən biri də ortaq əlifbanın olmamasıdır: “Bir halda ki, biz latın əlifbası ilə transkripsiya yolu ilə bütün türkdilli ölkələrin milli kitabxanalarındakı məlumatlarla tanış ola bilərik, onda niyə bunu etməyək? Bütün türk dövlətləri özlərinin kitabxanalarında olan qiymətli sənədləri ortaq türk dünyasının məhsulu etməlidirlər. Türk dünyasının böyük oğulları var. Biz Nizami, Füzuli və ya Nəvai ilə bağlı digər ölkələrin də kitabxanalarında olan məlumatları götürüb ortaq bazalar yaratmalıyıq”.
Qeyd edək ki, Türkdilli ölkələrin Milli Kitabxanaları direktorlarının III konfransının gələn il Bişkekdə keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR