Naxçıvanın abidələri haqqında ensiklopediya nəşr olunub

Naxçıvanın  abidələri  haqqında  ensiklopediya nəşr olunub
# 19 noyabr 2008 07:43 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) tarixi və mədəniyyət abidələri haqqında yeni ensiklopediya nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin informasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərlinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, «Naxçıvan abidələri» ensiklopediyasında muxtar respublika ərazisində olan dünya və ölkə əhəmiyyətli abidələr haqqında ətraflı məlumatlar yer alıb. T. Bəylərli bildirib ki, ümumilikdə yeni nəşrdə 231 arxeoloji, 13 tarixi, 50 memarlıq, 18 təbiət, 2 tarixi arxeoloji, 47 tarixi memarlıq abidəsi, 22 monumental sənət abidəsi, o cümlədən 5 tarixi xəritə, 21 tarixi abidənin layihəsi verilən ensiklopediyada 806 şəkil və 600-ə yaxın məqalə dərc edilib. Ensiklopediyada materiallar Azərbaycan və ingilis dillərində təqdim edilib.
Qeyd edək ki, «Naxçıvan abidələri» Naxçıvan MR-də çapdan çıxan sayca ikinci ensiklopedik nəşrdir. Bundan əvvəl muxtar respublika haqqında məlumatları özündə birləşdirən iki cildli «Naxçıvan” ensiklopediyası» çapdan çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR