Anar Kərimov Abdullah Ərənlə görüşüb

Anar Kərimov Abdullah Ərənlə görüşüb
# 01 mart 2021 10:47 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirlik Aparatının rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.

Nümayəndə heyətinin ilk görüşü Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin sədri Abdullah Ərən ilə baş tutub.

Görüşdə xaricdə yaşayan türklərlə azərbaycanlılar arasında mədəni əlaqələrin və bağların gücləndirilməsi ilə bağlı layihələr, mədəniyyət və irs sahəsində təhsil proqramları, mədəni əlaqələrin genişləndirilməsi, kino sənayesinin inkişafı, mədəni irsin qorunması və mədəniyyətin digər sahələrində təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qarşılıqlı kitablar təqdim olunub.

A.Kərimov səmimi qəbula görə təşəkkürünü bildirib və ilk səfərinin Türkiyəyə baş tutmasından məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR