Anar Kərimov: "İşğaldan azad olunan ərazilərdə muzeylərimizi də bərpa edəcəyik"

Anar Kərimov: "İşğaldan azad olunan ərazilərdə muzeylərimizi də bərpa edəcəyik"
# 28 oktyabr 2020 15:54 (UTC +04:00)

“Bizim muzeylərin mülkiyyətində olan əlyazmalar və digər vacib sənədlər təəssüf ki, yox edilib və yaxud da onları oğurlayıb sonra qara bazarlarda satışa çıxarıblar”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Mədəniyyət nazirinin birinci müavini, nazir əvəzi Anar Kərimov bildirib.

A. Kərimov deyib ki, bu sənədlərlə bağlı monitorinq aparılır: “Fürsət düşdükcə bu sənədləri necə geri gətirəcəyimizlə bağlı ictimaiyyət qarşısında məsələ qaldıracağıq. Bura dəyərli eksponatlar, xalçalarımız daxildir. Biz bəzi hərraclarda dəyərli xalçalarımızı tapmışıq. Onlar birbaşa işğal olunan ərazilərdə olmasa da belə, Azərbaycanın mülkiyyətində olan bu xalçaları görmüşük. Biz bu xalçaları və dəyərli eksponatları Azərbaycan torpaqlarına qaytarmağa davam edəcəyik. İşğaldan azad olunan ərazilərdə muzeylərimizi də bərpa etməyə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR