Anar Kərimov: "Rəqəmsallaşdırma və standartlaşdırma mədəniyyət sahəsində inkişafa səbəb olacaq”

Anar Kərimov: "Rəqəmsallaşdırma və standartlaşdırma mədəniyyət sahəsində inkişafa səbəb olacaq”
# 17 sentyabr 2020 15:49 (UTC +04:00)

"Rəqəmsallaşdırma və standartlaşdırma mədəniyyət sahəsində inkişafa səbəb olacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

O bildirib ki, mədəniyyət sahəsində müəyyən standartlar müəyyən edilməlidir: “Çox təəssüf ki, bu olmadığı üçün mədəniyyətimizə kənardan olan təsirlərin şahidi olmuşuq. Bəzi məsələlərdə bu qəbuledilməzdir. Standartlaşma və buna nəzarət bizim yeni yanaşmamızdır. Hər birimiz bilirik ki, mədəniyyət hər zaman dövlətdən dəstək alan sahədir. Ancaq özəl sektoru da artıq bu sahəyə cəlb edilməsi üçün kifayət qədər potensial var. Özəl sektorun mədəniyyət sahəsinə investisiya qoymasında Fransada çox böyük istək var. Çünki mədəniyyət sahəsi daim gündəmdə olan sahədir. Bununla özəl sektor həm də özünü reklam etmiş olur. Fransada bu kimi özəl sektora vergi güzəştləri tətbiq edilir. Biz də bunu tətbiq etməklə dövlətin mədəniyyət sahəsinə dəstəyini və maliyyə yükünü azalda bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR