Astarada bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub

Astarada bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
# 21 sentyabr 2020 11:22 (UTC +04:00)

Xalq artisti, bəstəkar Oqtay Kazıminin adının verildiyi Astara Uşaq Musiqi Məktəbində tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdən əvvəl musiqi məktəbinin giriş hissəsində Xalq artisti, bəstəkar Oqtay Kazıminin adının əbədiləşdirilməsini əks etdirən lövhənin açılışı olub.

Tədbir musiqi məktəbinin akt zalında davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 avqust tarixli Sərəncamına əsasən, Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkarı Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bəstəkarın doğulub boya-başa çatdığı Astara şəhərindəki Uşaq Musiqi Məktəbinə onun adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR