Elçin Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi vəzifəsindən çıxıb.
Bu barədə APA-ya özü məlumat verib.
O, bildirib ki, işdən ayrılmağının səbəbi vaxt məhdudiyyəti və elmi və pedaqoji fəaliyyətinə daha çox diqqət ayırmaq istəyi ilə bağlıdır. O, ADMİU-dakı fəaliyyətini Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcəyini vurğulayıb. E. Cəfərov mətbuat katibi vəzifəsində Şəhanə Müşfiqin çalışacağını deyib.