Azərbaycan muzeylərində təqdim olunan audiobələdçilər artıq mobil telefonlarda

Azərbaycan muzeylərində təqdim olunan audiobələdçilər artıq mobil telefonlarda
# 12 mart 2020 17:01 (UTC +04:00)

Azərbaycanda muzey sahəsində ilk dəfə olaraq 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yüksək səviyyəli ekskursiyaların təşkili üçün Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində audiogidlər alınıb.

APA xəbər verir ki, audiogidlər üçün avadanlıq Fransanın “ORPHEO Group” şirkətindən alınıb.

“ORPHEO Touche” cihazları tərəfindən hazırlanmış mobil tətbiqlər (application) “iOS” və “Android” əməliyyat sistemli telefonlara yükləməklə istifadə etmək mümkündür.

Avadanlıqlar 2 formada təqdim edilir: Orpheo mikro LX və Orpheo touch.

Bu avadanlıqlardan dünyanın ən məşhur muzeylərində (Fransanın Orse Muzeyində, Versal Sarayında, Tokyo Metropolitan Muzeyində) və digər muzey müəssisələrində istifadə olunur.

Orpheo mikro LX avadanlığı üçün 5 dildə hazırlanmış mətnlər həmin dillərin xarici eskpertləri tərəfindən tərcümə edilib. Səs yazıları Gürcüstanda fəaliyyət göstərən səsyazma studiyasında yazılıb.

Audiogidləri qulaq asan zaman mətnləri müşaiət edən musiqi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Musiqi Fondundan əldə edilib. Audiobələdçilərin mətnləri müxtəlif yaşa malik olan insanlar üçün ayrı-ayrılıqda hazırlanıb.

Bu mobil tətbiqləri ödənişsiz olaraq yükləməklə muzeylərdə qorunub saxlanılan eksponatlar haqqında məlumat əldə etmək mümkündür. Təqdimatlar video və şəkil formatında hazırlanıb.

Aşağıda qeyd edilən linklər vasitəsilə həmin applikasiyaları yükləmək olar:

https://apps.apple.com/az/app/gobustan-audioguide/id1501155875

https://play.google.com/store/apps/details?id=fr.orpheo.gobustan

https://apps.apple.com/az/app/azerbaijan-national-art-museum/id1488630218

https://play.google.com/store/apps/details?id=fr.orpheo.artmuseum

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR