Mədəniyyət Nazirliyi 9 May – Qələbə gününə həsr olunan “Azərbaycanın Böyük Vətən Müharibəsi illərində verdiyi töhfələr” adlı virtual sərgi təqdim edib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan Milli İncəsənət, Azərbaycan Milli Xalça, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət, İstiqlal muzeyləri və Üzeyir Hacıbəylinin, Bülbülün, Səməd Vurğunun ev-muzeylərinin fondlarından materiallar təqdim olunur.
Sərgi aşağıdakı bölmələrdən ibarətdir:
- Müharibənin başlanması. Böyük Vətən Müharibəsinin ilk günlərində Azərbaycanda əhalinin səfərbər edilməsi.
- Arxa cəbhədə çalışan işçilərin əməyi. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”
- Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının cəbhədə göstərdiyi şücaət.
- Milli hərbi birləşmələri
- Elm işçilərinin düşmən üzərində qələbəyə töhfəsi
- Səhiyyə işçilərinin düşmən üzərində qələbəyə töhfəsi
- Mədəniyyət və incəsənət işçilərinin töhfəsi
- Böyük Vətən Müharibəsi illərində nümayiş etdirilən qəhrəmanlıqlar barədə xatirələrin əbədiləşdirilməsi.
Virtual sərgi Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılması ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar muzeylərin müəyyən vaxt müddətinə bağlı olduğunu nəzərə alınaraq hazırlanıb.