Azərbaycanla bağlı səhnələrin yer aldığı “Fast and Furious 9” filminin premyerası keçiriləcək

Azərbaycanla bağlı səhnələrin yer aldığı “Fast and Furious 9” filminin premyerası keçiriləcək
# 05 mart 2021 13:29 (UTC +04:00)

Azərbaycanla bağlı səhnələrin də yer aldığı Hollivud istehsalı “Fast and Furious” bədii filminin 9-cu seriyasının premyerası 25 iyun 2021-ci ildə keçiriləcək.

APA-nın xəbərinə görə, filmdə bəhs edilən hadisələr Londondan Tokioya, Mərkəzi Amerikadan Edinburqa, həmçinin Azərbaycandakı gizli bir bunkerdən Tbilisiyə qədər cərəyan edir.

Filmin büdcəsi 200 milyon ABŞ dollarıdır.

Qeyd edək ki, bədii filmin Gürcüstandakı çəkilişləri “Gürcüstanda çək” layihəsi çərçivəsində 2019-cu ilin 19 avqust – 22 sentyabr tarixlərində baş tutub. Çəkilişlər Tbilisinin Rustaveli və Vaja-Pşavela prospektlərində, həmçinin Rustavi şəhərində aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR