Bakıda fasadı rənglənən tarixi binanın bərpasına başlanılıb

Bakıda fasadı rənglənən tarixi binanın bərpasına başlanılıb
# 06 noyabr 2020 10:38 (UTC +04:00)

Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadında aparılmış qanunsuz rəngləmə işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, hazırda mütəxəssislər tərəfindən tarixi binanın bərpası üçün onun fasadında təmir-restavrasiya işlərinə başlanılıb. Görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarı və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq edilərək ciddi xəbərdar olunub, ərazi nəzarətə götürülüb.

Qərara alınıb ki, paytaxtda yerləşən tarixi-mədəniyyət abidələlərinin vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlmalar keçirilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR