“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları təqdim edilib

“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları təqdim edilib
# 02 aprel 2020 13:45 (UTC +04:00)

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən xalq mahnıları və muğamlarımız, instrumental milli rəqs havalarının ifaları canlı olaraq tamaşaçılara təqdim edilir.

Mədəniyyət Naziriliyindən APA-ya verilən məlumata görə, aprelin 1-də saat 19.00-da ilk musiqili yayım efirə verilib.

Diqqətə çatdırılıb ki, aprelin 1-dən etibarən həftənin 6 günü saat 19-da Mədəniyyət Nazirliyi ilə birgə "Bizi birləşdirən mədəniyyət" proqramı efirə gedəcək.

Verilişin ilk qonağı tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupunun üzvləri – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağara ifaçısı Siyavuş Kərimov olub.

Veriliş çərçivəsində #evdəqal #gələcəyini düşün şüarı ilə musiqi xadimlərinin sosial şəbəkələrdə paylaşımlarından nümunələr də təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR