Deputat: “Turizm şirkətləri mədəniyyət abidələri üzərindən pul qazanır”

Deputat: “Turizm şirkətləri mədəniyyət abidələri üzərindən pul qazanır”
# 17 sentyabr 2020 16:42 (UTC +04:00)

“Turizm şirkətləri bir çox ölkədə mədəniyyət abidələri üzərindən pul qazanır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərov deyib.

O bildirib ki, gələcəkdə bu şirkətlərin rüsum ödəməsi məsələsi gündəmə gələ bilər: “Çünki bu turlar mədəniyyət abidələrinin sayının çox olduğu ərazilərə edilir”.

Deputat qeyd edib ki, işğal altında olan ərazilərimizdə dağıdılmış mədəniyyət abidələrinə dəymiş ziyan hesablanmalıdır: “Mədəniyyət Nazirliyi bu sahəni nəzarətə götürməlidir. Bu ərazilərdə olan abidələrin qorunması tələbi üzərində işləməliyik. Bu, bizim dədə-babalarımızın yaratdığı sərvətin qorunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR