Ermənilərin işğaldakı ərazilərdə dağıtdığı mədəniyyət müəssisələrinin sayı açıqlanıb

Ermənilərin işğaldakı ərazilərdə dağıtdığı mədəniyyət müəssisələrinin sayı açıqlanıb
# 06 noyabr 2020 12:01 (UTC +04:00)

“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana dağıdılıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib. Onun sözlərinə görə, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi talan edilib.

M.Qafarzadə qeyd edib ki, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavəng məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR