Firəngiz Əlizadənin “Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunub

Firəngiz Əlizadənin “Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunub
  • Clock-gray 19:38
  • calendar-gray 27 Dekabr 2019

Dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşa nümayiş olunub.

APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən, əsərin xoreoqrafik quruluşu  Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnova həvalə olunub.

Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak ediblər.

“Nasimi passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Qeyd edək ki, “Nasimi Passion” əsəri ilk dəfə Hollandiyanın Kral Simfonik Orkestrinin, Xorunun və solistlərinin müşayiəti ilə “Amsterdam Royal Concertgebouw” konsert sarayında ifa olunub.

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər