“Həsən Seyidbəyli – 100” adlı Elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim edilib

“Həsən Seyidbəyli – 100” adlı Elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim edilib
# 06 noyabr 2020 08:16 (UTC +04:00)

Dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur.

Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə parlaq səhifələr yazıb.

Həsən Seyidbəyli yaradıcılığı sevilərək minlərlə insanların diqqətini cəlb edib.

Milli Kitabxanadan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq “Həsən Seyidbəyli – 100” adlı Elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası Rəsmi sənəd; Nasir, ssenarist və kinorejissor; Görkəmli şəxslər Həsən Seyidbəyli haqqında; Əsərləri; Haqqında; Xatirəsinin əbədiləşdirilməsi; Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında görkəmli kinodramaturqun həyat və yaradıcılığı haqqında materiallar, çəkdiyi filmlər, fotolar, videolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur. Elektron məlumat bazasındakı resurslar tam mətnləri ilə verilir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/H.Seyidbeyli/index.html linkindən istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR