"İçərişəhər" DTMQİ Roma şəhər meriyası ilə əməkdaşlıq bəyannaməsi imzalayıb

"İçərişəhər" DTMQİ Roma şəhər meriyası ilə əməkdaşlıq bəyannaməsi imzalayıb
# 24 fevral 2020 15:32 (UTC +04:00)

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

"İçərişəhər" DTMQİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyannamənin imzalanmasında məqsəd UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan çoxsaylı tarix və mədəniyyət abidələrinin olduğu hər iki tarixi şəhər arasında əməkdaşlıq münasibətlərinin yaradılması, abidələrin mühafizəsi və konservasiyası sahəsində birgə fəaliyyətlərin və təcrübə mübadilələrinin həyata keçirilməsidir.

Bu İdarə tərəfindən imzalanmış ilk belə sənəddir və hazırda dünyanın bir neçə qədim tarixi və mədəni irsə malik şəhərləri ilə əməkdaşlıq barədə sənədlərin imzalanması barədə danışıqlar aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 20-dən 22-dək İtaliyaya dövlət səfəri çərçivəsində Roma şəhərinin meri Vircinia Raggi ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR