“İçərişəhər” Dövlət Qoruğu incəsənət-xeyriyyə layihəsinə başlayır

“İçərişəhər” Dövlət Qoruğu incəsənət-xeyriyyə layihəsinə başlayır
  • Clock-gray 15:05
  • calendar-gray 08 Aprel 2020

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni incəsənət-xeyriyyə layihəsinə başlayır.

İdarədən APA-ya verilən məlumatda deyilir ki, dünyada hazırda yaşanan koronavirus (COVİD-19) pandemiyası dövründə ölkəmizin müxtəlif sahələrində - o cümlədən olduqca zəngin və əhəmiyyətli incəsənət sahəsində də çalışanlara dəstək mühüm əhəmiyyət kəsb edir. Digər istiqamətlərdə olduğu kimi, incəsənət xadimlərinin də fəaliyyətlərini davam etməsi ilə öz istedadları ilə hamımızı sevindirmək və bu ağır günlərə rənglər qatmaq üçün gözəl bir imkan ola bilər.

Məhz bununla bağlı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu sahədə görülən işlərdə daim yaxından iştirak etməkdədir və bunun davamı kimi, İdarənin təşəbbüsü ilə yeni incəsənət-xeyriyyə aksiyasının həyata keçirilməsi planlaşdırılır.

Aksiya çərçivəsində İdarə öz hesabına ölkəmizin bir neçə gənc istedadlı rəssamına - Bəhruz Kənqərliyə, Səyalı Məmmədovaya, Orxan Qarayevə, İmran Mehdiyevə və Vüsalə Ağarzayevaya - dünyada bu günün əsas mövzusu olan koronavirusla mübarizəyə həsr edilmiş rəsmlərin çəkilməsini sifariş edib. Rəsmlər daha sonra İdarə tərəfindən xüsusi təşkil edilmiş auksiona çıxarılacaq. Auksion onlayn qaydada əvvəlcədən İdarə tərəfindən əlavə elan ediləcək vaxtda qapalı şəkildə keçiriləcək.

Qeyd edək ki, auksionda rəsmlərin satışından əldə olunacaq məbləq İdarə tərəfindən tam şəkildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.

Günay Elşadqızı

Digər xəbərlər