"İçərişəhər"lə bağlı mədəniyyət və incəsənət xadimlərinin video-təbrikləri hazırlanıb

"İçərişəhər"lə bağlı mədəniyyət və incəsənət xadimlərinin video-təbrikləri hazırlanıb
# 18 aprel 2020 16:08 (UTC +04:00)

Bu il "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi kimi tarixi və əlamətdar hadisənin 20 illiyini qeyd edir.

APA-nın məlumatına görə, tarixi abidələrlə zəngin olan qədim şəhər özü özlüyündə bir muzey və tariximizin daş yaddaşı hesab olunur. ⠀

Hər il 18 aprel "Tarixi vətənimizi qoruyaq" şüarı altında Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi əksər dünya ölkələrində, eləcə də, Azərbaycanda qeyd edilir və dünya mədəni irsi kimi tanınır.

Bu əlamətdar gün 1982-ci ildə UNESCO-nun nəzdində yaradılan ICOMOS - Abidələrin və Tarixi Yerlərin Qorunması üzrə Beynəlxalq Şura tərəfindən təsis edilib. Artıq 38 ildir ki, hər il qeyd olunur.

"İçərişəhər" DTMQİ bu münasibətlə ICOM, OWHC, NEMO kimi beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də, Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərinin İçərişəhərlə bağlı dəyərli fikir və təbriklərinin yer aldığı video-təbrik hazırlayıb. ⠀

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR