“2016-cı ilə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib”.
APA-nın məlumatına görə, bunu bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə. Ələkbərov deyib ki, Qoşa Qala qapısının bərpası və restavrasiyası da keçən ilin oktyabrında tamamlanıb: “Böyük Qala 5, 3 ünvanında yerləşən binaların bərpa və restavrasiyası 2018-ci ildə başlanıb, bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Həmin binalarda 17 ailə yaşayır”.
Ə. Ələkbərov nəzərə çatdırıb ki, Qoruq ərazisində 104 mənzildə təmir-bərpa işləri aparılıb.
