İdarə rəisi: “İçərişəhərdə aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib”

İdarə rəisi: “İçərişəhərdə aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib”
# 23 yanvar 2020 11:55 (UTC +04:00)


“2016-cı ilə arxeoloji qazıntılar nəticəsində aşkarlanmış hamamın restavrasiyası dekabrda bitib”.

APA-nın məlumatına görə, bunu bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ə. Ələkbərov deyib ki, Qoşa Qala qapısının bərpası və restavrasiyası da keçən ilin oktyabrında tamamlanıb: “Böyük Qala 5, 3 ünvanında yerləşən binaların bərpa və restavrasiyası 2018-ci ildə başlanıb, bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Həmin binalarda 17 ailə yaşayır”.

Ə. Ələkbərov nəzərə çatdırıb ki, Qoruq ərazisində 104 mənzildə təmir-bərpa işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR