“Kinematoqrafiya haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

“Kinematoqrafiya haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq
# 17 sentyabr 2020 15:05 (UTC +04:00)

Milli Məclisin Mədəniyyət komitəsinin İş Planı məlum olub.

APA-nın məlumatına görə, İş Planı Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda Mədəniyyət nazirinin birinci müavini və Mədəniyyət naziri əvəzi Anar Kərimov da iştirak edib.

Mədəniyyət komitəsinin İş Planına “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri və digər 3 tədbirin həyata keçirilməsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR