Koronavirusun mədəniyyət və incəsənətə təsirinə dair video konfrans keçirilib

Koronavirusun mədəniyyət və incəsənətə təsirinə dair video konfrans keçirilib
# 21 aprel 2020 17:09 (UTC +04:00)

Bu gün “Koronavirusun mədəniyyət və incəsənətə təsiri, postpandemiya dövründə çağdaş incəsənət prespektivləri” adlı video konfrans keçirilib.

APA-nın məlumatına görə, konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub.

Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəsislərinin iştirakı ilə keçirilən konfransda hazırkı pandemiya dövründə və gələcəkdə incəsənətin durumu, prespektivləri müzakirə edilib.

Konfrans Mədəniyyət Nazirliyi təsviri sənət sektorunun müdiri Qalib Qasımov, İstanbul Yedi Tepe Univeristeti Prof.Dr.Teymur Rzayev, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli, Konya Selçuk Universiteti Prof.Dr.Orxan Cəbrailoğlu, İstanbul Beykent Universiteti Sema Özevin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan rəssam Vüqar Əli, Elazığı Fırat Universiteti doç.dr.Tahir Çelikbağ, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kurator, pedaqoq Mehbarə Abbasova, kolleksiyaçı Siyavuş Əlizadə, Ankardan Azərbaycanlı rəssam Həmid Alioğlu və Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallının iştirakı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR