Latviyanın məşhur violençel triosu “Sarı gəlin”i ifa edəcək

Latviyanın məşhur violençel triosu “Sarı gəlin”i ifa edəcək
# 08 may 2020 11:49 (UTC +04:00)

Latviyanın məşhur violençel triosu "Sarı gəlin" xalq mahnısını ifa edəcək.

Bu barədə APA-ya Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, Latviyanın məşhur violençel triosu “Melo-M” (http://www.melo-m.lv/lv/) CBC televiziya kanalı, Mədəniyyət TV, Macarıstan, Latviya, Moldova, Özbəkistan və digər ölkələrin Səfirliklərinin birgə təşəbbüsü ilə yaradılan layihə çərçivəsində “Sarı gəlin” xalq mahnısını ifa edəcək: “Layihənin məqsədi Azərbaycan Respublikasına və onun vətəndaşlarına koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə həmrəylik göstərməkdir. Bu baxımdan Latviyanın violençel triosu tərəfindən ifa olunacaq “Sarı gəlin” xalq mahnısı Azərbaycan xalqına əla bir töhfədir”.

Qeyd edək ki, "Melo-M” triosu 2005-ci ildə Karlis Auzans, Mikelis Dobicins və Janis Pauls tərəfindən yaradılıb. Trio indiyədək 5 albom buraxıb.

Onlar dünya şöhrətli sənətkarlarla əməkdaşlıq edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR