Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinə müdir təyin edilib

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinə müdir təyin edilib
  • Clock-gray 14:14
  • calendar-gray 24 Dekabr 2020

Acalova Fərəh Fuad qızı Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.  

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb. 

Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 

Əmək fəaliyyətinə 2000-ci ildə Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində çalışıb. Həmin illərdə Azərbaycan Respublikasının Sivilizasiyalararası Alyansda iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə Təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.

Son təyinatadək Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər