Nazir: "Bakı prosesi müxtəlif formalarda öz işini davam etdirir"

Nazir: "Bakı prosesi müxtəlif formalarda öz işini davam etdirir"
  • Clock-gray 15:07
  • calendar-gray 24 Yanvar 2020

"Prezident İlham Əliyev tərəfindən təsis olunan Bakı prosesi müxtəlif formalarda öz işini davam etdirir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O, "Moskva-Bakı: mədəniyyətlər dialoqu" konfransının əhəmiyyətindən bəhs edərək bildirib ki, tədbir məhz bu ilin əvvəlindən planlaşdırılıb: "Bilirsiniz ki, bizdə bu il növbəti humanitar forum keçiriləcək. Foruma hazırlıq məqsədi ilə və regiondakı yaradıcı insanlara daha yaxın olmaq üçün bu layihə ilk dəfə olaraq iki paytaxt arasında həyata keçirilir". Nazir Rusiyadan 150 nəfərə yaxın nüfuzlu nümayəndənin konfransda iştirak etdiyini vurğulayıb: "Azərbaycan tərəfi də çox nüfuzlu insanlarla təmsil olunub. Hesab edirəm ki, bugünkü və 3 gün ərzində keçiriləcək digər tədbirlər Azərbaycanla Rusiya arasında əlaqələrin genişləndirilməsinə və humanitar forum çərçivəsində müzakirə olunacaq məsələlərin bünövrəsinin qoyulmasına xidmət edəcək. Eyni zamanda çox böyük mədəni proqram tərtib olunub. Qonaqlar Azərbaycanın bir sıra muzeylərini ziyarət ediblər".

Ə. Qarayev hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə kitabxanaçılardan ibarət böyük bir nümayəndə heyətinin Azərbaycana təşrif gətirdiyini diqqətə çatdırıb: "Onlar bizim milli və digər kitabxanalarımızda görüşlər keçiriblər. Hesab edirəm ki, bu cür münasibətlər sözün əsl mənasında məfəniyyətlərarası dialoq, təcrübə mübadiləsi deməkdir. Biz bu görüşlərdən müxtəlif sahələrin inkişafında böyük töhfə gözləyirik".

 

 

apa-logo-mini

Digər xəbərlər