Ötən il 400-ə yaxın qeyri-maddi mədəni irs nümunəsinin məlumat bazası yaradılıb

Ötən il 400-ə yaxın qeyri-maddi mədəni irs nümunəsinin məlumat bazası yaradılıb
# 09 mart 2021 15:55 (UTC +04:00)

Hesabat dövründə “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” məlumat bazasının genişləndirilməsi istiqamətində də işlər aparılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət İnstitutları ilə əməkdaşlıq çərçivəsində 400-ə yaxın qeyri-maddi mədəni irs nümunəsinin məlumat bazası yaradılıb.

Hazırda reyestrin bazasında 850 qeyri-maddi mədəni irs nümunəsi, həmçinin 180 qeyri-maddi mədəni irs daşıyıcısı, 68 qurum və təşkilat haqqında məlumat yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR