Parlamentin komitə sədri Aqşin Əlizadənin xatirəsinin əbədiləşdirilməsi üçün Baş Nazirə müraciət edib

Parlamentin komitə sədri Aqşin Əlizadənin xatirəsinin əbədiləşdirilməsi üçün Baş Nazirə müraciət edib
# 03 iyun 2020 16:22 (UTC +04:00)

Bir qrup ziyalı Xalq artisti, professor, görkəmli bəstəkar Aqşin Əlizadənin xatirəsinin əbədiləşdiriməsi məqsədilə onun evinin önünə xatirə lövhəsi qoyulması ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət edib.

APA-nın məlumatına görə, Qənirə Paşayeva bu müraciəti dəstəkləyərək ziyalıların bu təşəbbüsünün reallaşması üçün Baş Nazir Əli Əsədova və Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Eyni zamanda Mədəniyyət komitəsinin sədri məsələ ilə bağlı Mədəniyyət nazirinin müavini Vaqif Əliyevlə danışaraq ziyalıların bu təşəbbüsünün həyata keçirilməsi üçün dəstək göstərmələrini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR