Prezident İlham Əliyev: “Hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır”

Prezident İlham Əliyev: “Hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır”
# 05 yanvar 2021 16:14 (UTC +04:00)

“Azərbaycanın zəngin musiqi sənəti var və bu gün bizim sənətimiz dünyada tanınır. Bizim musiqi sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan muğamı bizim milli sərvətimizdir: “Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, bir çox ölkələrdən ifaçılar gəlirlər. Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır. Təkrarolunmaz bu sənət bu gün yaşayır, biz bu sənəti yaşadırıq”.

Dövlət başçısı deyib ki, Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb: “Çox şadam ki, bizim gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq bir haldır. Çünki bəzi hallarda gənclər daha çox populyar musiqiyə üstünlük verirlər, yəni, bəzi hallarda xarici musiqiyə üstünlük verirlər. Mən çox şadam ki, bizim gənclərimizin mütləq əksəriyyəti milli incəsənətimizə, musiqimizə bağlı olan insanlardır. Əlbəttə ki, bizim tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində öz rolunu oynayırlar. Bildiyiniz kimi, mənim Sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır – Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır”.

İlham Əliyev bildirib ki, aşıq sənəti təkrarolunmaz sənətdir: “Haqlı olaraq biz aşıq sənətini sırf Azərbaycan sənəti kimi qəbul edirik və aşıq sənətini dünyada təbliğ edirik. Bizim milli musiqimiz çox zəngindir, çox geniş auditoriya cəlb edə bilib. Bizim musiqimiz xalqımızın istedadını göstərir. Bütövlükdə bizim mədəniyyətimiz xalqımızın istedadını göstərir. Çünki ancaq istedadlı xalq belə gözəl əsərlər yarada bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR