Vaqif Əliyev: "Güman ki, "Xarı bülbül" festivalı may ayında keçiriləcək"

Vaqif Əliyev: "Güman ki, "Xarı bülbül" festivalı may ayında keçiriləcək"
# 05 may 2021 16:39 (UTC +04:00)

“Xarı bübül” festivalı ilə bağlı hazırlıqlar gedir”.

Bunu APA-ya açıqlamasında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

O bildirib ki, bu məsələ bilavasitə Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir: “Bunu Prezident İlham Əliyev də çıxışı zamanı deyib. Hazırlıqlar Heydər Əliyev Fondu tərəfindən aparılır, məşqlər gedir, proqram tərtib olunur. Festivalın dəqiq nə vaxt baş tutacağı ilə bağlı məlumatım yoxdu. Güman ki, festival bu ay keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR