ABŞ-da Şuşa haqqında sənədli filmin təqdimatı olub - FOTO

ABŞ-da Şuşa haqqında sənədli filmin təqdimatı olub - FOTO
# 12 yanvar 2023 06:59 (UTC +04:00)

ABŞ-da isveçli fotoqraf, operator Mikael Silkeberqin “Xarı Bülbül əfsanəsi” sənədli filmininin təqdimatı keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Vaşinqtonda baş tutan təqdimat mərasimində filmin yaradıcı heyəti və rejissor Mikael Silkeberq də iştirak edib.

Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı film Şuşada çəkilib.

Film Azərbaycanın Qarabağ bölgəsinin və onun tacı olan Şuşa şəhərinin məşhur mədəniyyət xadimlərindən, tarixi şəxsiyyətlərindən, onun musiqi və ədəbiyyatından bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR